Sizin reklam burada
Sizin reklam burada

NƏSİMİDƏ BAYRAM GÜNLƏRİ AĞACLAR QIRILDI – “YAŞAM RESİDENCE” BİNA TİKİR - FOTO

NƏSİMİDƏ BAYRAM GÜNLƏRİ AĞACLAR QIRILDI – “YAŞAM RESİDENCE” BİNA TİKİR - FOTOAsif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib.
NƏSİMİDƏ BAYRAM GÜNLƏRİ AĞACLAR QIRILDI – “YAŞAM RESİDENCE” BİNA TİKİR - FOTO
NƏSİMİDƏ BAYRAM GÜNLƏRİ AĞACLAR QIRILDI – “YAŞAM RESİDENCE” BİNA TİKİR - FOTO
İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir. Avtosfer.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında “Yaşam Residence” tərəfindən inşaa edilən hündürmərtəbəli binanın ərazisində yerləşən ağaclar qırılaraq məhv edilib. Ötən aydan mətbuatın diqqətində olan sözügedən ərazidə “Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır.
Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik.

Qarşı tərəfi dinləməyə hazırıq.


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ