
Ermənistan Livana humanitar yardım göstərəcək.
Müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul olunub.
Bu məqsədlə ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə təxminən 60 milyon dramdan artıq vəsait ayrılacaq.
Bu məbləğin 34 milyon dramı ərzaq məhsulları və sanitar-gigiyenik vasitələrin alınmasına, 26 milyon dramı isə dərman preparatlarına sərf olunacaq.
Conflict.az
