
Fransa polisi Luvrda terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb.
Bu barədə "Le Monde" qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasından ilhamlanaraq zorakı hərəkətlər planlaşdırıb.
Həmin şəxsin yəhudi icmasına hücum etmək niyyətində olduğunu bildirib.
Bundan əlavə, saxlanılan şəxs İŞİD terror təşkilatına qoşulmaq üçün Mozambik və ya Suriyaya səyahət etməyi düşünürdü.
Conflict.az
