Sizin reklam burada
Sizin reklam burada

“Mən bir az fasilə də verdim”

“Mən bir az fasilə də verdim”
“ABŞ İranda hədəflərin təxminən 75 faizini məhv edib”.
Bu barədə ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.
Müharibənin dörd həftədən altı həftəyədək davam edəcəyi barədə əvvəlki bəyanatına münasibət bildirən Tramp deyib: “Mən bir az fasilə də verdim”. O, həmçinin nüvə silahından istifadə ehtimalını istisna edib.
“Mən sərfəli razılaşma bağlamaq istəyirəm, bunu elə indi də edə bilərdim. Bərpa işlərinə 20 il sərf olunacaq, amma mən bunu etmək istəmirəm”, - deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, bunun üçün konkret vaxt cədvəli müəyyən etmək istəmir.
“Bunun üçün konkret vaxt cədvəli müəyyən etmək istəmirəm, amma hər şey kifayət qədər tez baş verəcək və biz Hörmüz boğazını açacağıq.
İranlılar bizə gəlib dedilər ki, boğazı açmağa razıdırlar və mənim bütün adamlarım sevinirdi. Hamı sevinirdi, məndən başqa. Mən dedim, bir dəqiqə gözləyin, əgər biz boğazı açsaq, bu o deməkdir ki, onlar gündə 500 milyon dollar qazanacaqlar. Mən istəmirəm ki, bu məsələ həll olunmayınca onlar gündə 500 milyon dollar qazansınlar. Ona görə də boğazı bağlı saxlayan mən idim”, - deyə Tramp bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş