Sizin reklam burada
Sizin reklam burada

“Enerji təhlükəsizliyinin qorunması üçün hər şeyi edirik"

“Enerji təhlükəsizliyinin qorunması üçün hər şeyi edirik"
Hindistanın müdafiə naziri Racnat Sinqh bəyan edib ki, Hörmüz boğazında hökm sürən vəziyyət uzaq bir hadisə deyil, Hindistanın təhlükəsizliyinə və iqtisadi sabitliyinə birbaşa təsir edən sərt reallıqdır.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
“Enerji daşıyıcıları baxımından böyük ölçüdə Qərbi Asiyadan asılı olan Hindistan kimi inkişaf edən ölkə üçün Hörmüz boğazında baş verən hər hansı pozuntu sadəcə uzaq bir insident deyil. Bu, təhlükəsizliyimiz və iqtisadi sabitliyimiz üçün birbaşa nəticələri olan sərt reallıqdır”, - deyə nazir bildirib.
Sinqh qeyd edib ki, Hindistan Qərbi Asiyada yaranmış böhranın nəticələrini yumşaltmaq məsələsində sistemli yanaşma nümayiş etdirir.
“Enerji təhlükəsizliyinin, xammala çıxışın və sənaye sabitliyinin qorunması üçün hər şeyi edirik. Bu, Hindistanın qlobal böhranlara sakit və uzaqgörən şəkildə cavab verə bildiyini göstərir”, - deyə o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ