İranın ABŞ prezidenti Donald Trampın atəşkəsin uzadıldması ilə bağlı qərarını tanımadığı haqda məlumat vermişdik.
Artıq İran ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
İranın Mərkəzi Hərbi Komandanlıq Qərargahı olan “Xatəm əl-Ənbiya”nın sözçüsü İbrahim Zülfüqari bildirib ki, İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.
"Silahlı qüvvələrimiz uzun müddətdir ki, 100% döyüş hazırlığı vəziyyətindədir. Buna görə də, İrana qarşı təcavüz və ya hər hansı bir hərəkət halında, onlar dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə sarsıdıcı zərbə endirəcək və ABŞ və İsrailə daha ciddi bir dərs verəcəklər", - Zülfüqari bildirib.
8 apreldə Vaşinqton və Tehran iki həftəlik atəşkəs elan ediblər. ABŞ və İran arasında atəşkəsin müddəti 22 apreldə başa çatmalı idi. Bu müddət ərzində İslamabadda aparılan danışıqlar nəticəsiz başa çatdı.
Conflict.az
