
Bolqarıstanda qalib gələn “Proqressiv Bolqarıstan” partiyasının lideri Rumen Radev Ukrayna üçün ciddi problemlər yarada bilər.
Bu barədə "Euractiv" nəşri məlumat yayıb.
Bildirilib ki, Radev seçki kampaniyası dövründə artıq Bolqarıstan ilə Ukrayna arasında 10 illik müdafiə sazişini sərt tənqid edib. Əgər o, silah tədarükü siyasətinə yenidən baxarsa, Kiyev 2022-ci ildən bəri əsas təchizatçılarından birini itirə bilər.
Qərb mediası artıq Radevi Ukraynaya dəstək məsələsində “ən pis ssenari” kimi qiymətləndirir və onu Viktor Orban ilə müqayisə edərək “ikinci Orban” adlandırır.
Conflict.az
