Sizin reklam burada
Sizin reklam burada

"Starmer səhv qərar verdiyini etiraf etdi"

"Starmer səhv qərar verdiyini etiraf etdi"
Prezident Donald Tramp qalmaqallı keçmiş maliyyəçi, həbsdə ölən Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun Böyük Britaniyanın ABŞ-dəki səfiri işləməsini Birləşmiş Krallığın Baş naziri Kir Starmerin uğursuz qərarı adlandırıb.
Bu barədə ABŞ lideri sosial şəbəkə hesabında paylaşım edib.
"Birləşmiş Krallığın Baş naziri Kir Starmer Vaşinqtondakı səfirini seçərkən səhv qərar verdiyini etiraf etdi. Mən razıyam, bu, həqiqətən uğursuz seçim idi. Lakin onun özünə gəlmək üçün kifayət qədər vaxtı var idi", - deyə Tramp bildirib.
Martda Böyük Britaniya hökuməti Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi prosedurasına aid sənədlərin ilk seriyasını dərc edib. Sənədlər Birləşmiş Krallığın Nazirlər Kabineti tərəfindən ictimaiyyətə açıqlanıb. Fayllar 147 səhifədən ibarətdir.
Qeyd edək ki, Mandelson 2025-ci ilin fevralında Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin edilmişdi. O, Epşteynlə münasibətlərinin yeni təfərrüatları üzə çıxdıqdan sonra həmin ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş