Sizin reklam burada
Sizin reklam burada

“Dünya iqtisadiyyatının bir boğazdan asılı olduğu dövr geridə qalır"

“Dünya iqtisadiyyatının bir boğazdan asılı olduğu dövr geridə qalır"
Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı ətrafındakı böhran dünya enerji xəritəsinin yenidən formalaşmasına səbəb olacaq.
Bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol deyib.
Onun sözlərinə görə, Hörmüz boğazı əvvəlki etibarlılığını itirib və mövcud vəziyyət qlobal enerji sistemində ciddi dəyişikliklər yarada bilər:
“Dünya iqtisadiyyatının bir boğazdan asılı olduğu dövr artıq geridə qalmağa doğru gedir. Sabah hər şey normallaşsa belə, yüksək qiymətlər və bazarlardakı volatillik uzunmüddətli nəticələr doğuracaq. Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarında müvəqqəti deyil, struktur xarakterli pozuntular yaradır”.
Fateh Birol bildirib ki, enerji bazarlarının sabitləşməsi ən azı iki il çəkə bilər: “Hörmüz boğazı sabah açılsa belə, müharibədən əvvəlki vəziyyətə qayıtmaq üçün vaxt, bərpa prosesi və ciddi investisiyalar lazımdır. Bu, ən azı iki il davam edəcək. Enerji idxal edən ölkələr üçün çox çətin dövr olacaq. Bazarları dərhal düzəldəcək möcüzəvi həll yoxdur”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş