Sizin reklam burada
Sizin reklam burada

"Netanyahu Trampın şərtlərini qəbul etdi"

"Netanyahu Trampın şərtlərini qəbul etdi"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı şərtlərini qəbul edib.
Bu barədə “Axios” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Liderlərin görüşü dekabrın 29-da Trampın Florida ştatındakı Mar-a-Lago iqamətgahında baş tutub:
“Netanyahu Trampın komandası ilə razılaşmamasına baxmayaraq, Qəzza sazişinin ikinci bəndinə doğru irəliləməyə razılıq verdi. O, Ağ Ev sahibinin Suriya hökuməti ilə potensial təhlükəsizlik sazişi haqda danışıqları bərpa etmək xahişini qəbul etdi”.
Portalın mənbələrinə görə, Netanyahu ABŞ dövlət katibi Marko Rubio, ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və daha sonra prezidentin özü ilə görüşdə İsrailin Qərb Sahilindəki zorakılığı, Fələstin Muxtariyyətinin maliyyə problemləri və İsrail yaşayış məntəqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş