Sizin reklam burada
Sizin reklam burada

"Bunu müzakirə edəcəyik"

"Bunu müzakirə edəcəyik"
ABŞ Prezidenti Donald Tramp sülhməramlı müşahidə missiyası çərçivəsində Qəzza sektorunda türkiyəli hərbçilərin yerləşdirilməsini məqsədəuyğun hesab edir.
Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə danışıb.
Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin əla olduğunu vurğulayıb.
"Biz bunu müzakirə edəcəyik, düşünürəm ki, yaxşıdır. Türkiyə əla olub və mənim fikrimcə, o, əladır. Mənim üçün o, həmişə çox yaxşı olub", - Ağ Ev rəhbəri Fələstin anklavında sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş