Sizin reklam burada
Sizin reklam burada

"Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır"

"Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır"
NATO-nun baş katibi Mark Rütte Brüsseldə keçirilən ali səviyyəli dəyirmi masada bəyan edib ki, Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır, alyansın “səbr və dayanıqlığını test etməyə” davam edir.
Bu barədə “BBC News” məlumat yayıb.
Rütte Rusiyanın son aylarda NATO hava məkanını təyyarələr və PUA-larla pozduğunu, diversiya aktları təşkil etdiyini və üzv ölkələrin sularına “casus gəmiləri” göndərdiyini bildirib.
Onun sözlərinə görə, bu addımlar “nəzarətsiz, məsuliyyətsiz və təhlükəlidir”, Rusiyanın Qərbə qarşı sistemli hibrid fəaliyyət strategiyasının tərkib hissəsidir.
Baş katib əlavə edib ki, Moskva Çin, Şimali Koreya və İranla sıx əməkdaşlıq edərək Qərb cəmiyyətlərini zəiflətməyə və beynəlxalq qaydaları pozmağa çalışır:
“Rusiya təkcə bu gün üçün deyil, uzunmüddətli konfrontasiya üçün hazırlanır”.
Rütte bildirib ki, NATO ölkələri müdafiə xərclərini artırır, lakin “hamı maksimum səylə işləməlidir”. O həmçinin Ukraynanın yaxınlaşan qış fonunda daha çox yardıma ehtiyac duyduğunu vurğulayıb:
“Ukrayna bizim dəstəyimizə heç vaxt olmadığı qədər möhtacdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş