Sizin reklam burada
Sizin reklam burada

Səfirliyin gələn il açılması planlaşdırılır

Səfirliyin gələn il açılması planlaşdırılır
Ermənistanda Pakistan səfirliyinin açılması istiqamətində fəal iş aparılır.
Məlumatı News.am diplomatik mənbələrə istinadla yayıb.
Mənbənin sözlərinə görə, səfirliyin gələn il açılması planlaşdırılır.
Ermənistan Xarici İşlər Nazirliyi də məlumatı təkzib etməyib. Nəşrin sorğusunun cavabında qurumdan bildiriblər ki, "hadisələrin gələcək inkişafı barədə" ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Ermənistan və Pakistan arasında diplomatik əlaqələr 31 avqust 2025-ci ildə təsdiqlənib. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş