
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin müstəqilliyinə töhfə verib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşımızda öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik”, - Paşinyan bildirib.
Conflict.az