
“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş hələ razılaşdırılmayıb”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Hələlik iki prezidentin növbəti təmasının tarixi ilə bağlı dəqiq anlaşma yoxdur”, – Kreml sözçüsü bildirib.
Qeyd edək ki, sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşü avqustun 15-də Alyaskada baş tutub.
Conflict.az