
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun gərginliyi azaltmaq üçün danışıqlar təklifini rədd edib.
Ağ Evin mətbuat katibi Karolina Levitt Maduronun Trampa ünvanladığı məktubu yalanlarla dolu adlandırıb.
O bildirib ki, ABŞ-ın Venesuela ilə bağlı mövqeyi dəyişməyib: “Biz Maduro rejimini qeyri-legitim hesab edirik”.
Maduro həmin məktubda ABŞ-ın onu narkotik kartelinə rəhbərlik etməkdə ittiham etməsini tamamilə yalan adlandırıb və Trampı sülhü qorumağa çağırıb.
Conflict.az