Sizin reklam burada
Sizin reklam burada

"Tərəflər 13 bəndlik sazişə razılıq veriblər"

"Tərəflər 13 bəndlik sazişə razılıq veriblər"
Tailand və Kamboca nümayəndələri Kuala-Lumpurda keçirilən danışıqların yekununda sərhəddəki gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər.
Bu barədə Tailand hökumətinin "X" sosial şəbəkəsində yayımladığı rəsmi bəyanatda bildirilir.
Bəyanata əsasən, iki ölkə arasında sərhəd vəziyyətinin tənzimlənməsi üzrə birgə komitənin iclası uğurla başa çatıb. Görüşün nəticəsi olaraq, tərəflər atəşkəs rejiminə əməl olunmasını təmin edən 13 bəndlik sazişə razılıq veriblər.
Hər iki ölkənin nümayəndələri, həmçinin sərhəddə sabitliyin qorunması və sülhün bərpasına yönəlmiş xüsusi protokolları da imzalayıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş