Sizin reklam burada
Sizin reklam burada

"Uranın zənginləşdirilməsi müzakirə mövzusu deyil"

"Uranın zənginləşdirilməsi müzakirə mövzusu deyil"
İran ABŞ ilə nüvə proqramı barədə danışıqlarda güzəştə açıqdır, lakin uranın zənginləşdirilməsi və dinc nüvə enerjisi məsələsi müzakirə mövzusu deyil.
Bunu CNN telekanalına müsahibəsində İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib.
"Əgər danışıqların məqsədi İranın nüvə proqramının bir hissəsi kimi silah istehsal etməyəcəyinə dair zəmanət almaqdırsa, düşünürəm ki, bunu çox asanlıqla edə bilərik. Əgər ABŞ-ın niyyəti iranlıları dinc nüvə enerjisindən məhrum etməkdirsə, bu, bütün prosesi sual altına qoyar", - o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş