
Moskva Rusiyanın İsveçdəki səfirliyinə son dron hücumu ilə bağlı Vyana Konvensiyasından irəli gələn öhdəliklərin İsveç hakimiyyəti tərəfindən ciddi şəkildə yerinə yetirilməsində israr edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz İsveç hakimiyyətinin Rusiyanın xaricdəki nümayəndəliyinin fiziki təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsi baxımından Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq qəbul edən ölkənin öhdəliklərinin ciddi şəkildə yerinə yetirilməsində israr edirik”, - diplomat bildirib.
Qeyd edək ki, mayın 25-də Rusiyanın İsveçdəki səfirliyi dron hücumuna məruz qalıb. Belə ki, dron vasitəsilə səfirliyin binasına boya qabları atılıb.
Conflict.az