
Artıq bir neçə aydır ki, rus işğalçılar bütün cəbhə xətti boyunca, o cümlədən Sum istiqamətində hücum əməliyyatları aparırlar.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O vurğulayıb ki, məhz Sum ruslar üçün əsas istiqamətə çevrilib:
"Düzünü desəm, bütün istiqamətlərdə hücum hərəkətləri başlanıb. Əsas istiqamət isə Sumdur. Orada 67 min rus əsgəri cəmləşmişdi. Onların birləşməsinin qarşısını almaq üçün müvafiq addımlar atdıq. Və bu, bir neçə aydır ki, davam edir".
Conflict.az