
Avropa İttifaqının dövlət başçıları dəfələrlə ABŞ prezidenti Donald Trampdan Rusiya lideri Vladimir Putinə zəng etməyi xahiş ediblər.
Bu barədə Amerika lideri “NBC News” telekanalına danışıb.
“Bilirsiniz, Avropa İttifaqının liderləri mənə dəfələrlə deyiblər ki, Putin onların zənglərinə cavab vermir, Məndən xahiş edirlər ki, ona zəng edim”, - Tramp deyib.
Amerika lideri Rusiya ilə bağlı qərar verəcəyi zaman çərçivəsini də açıqlayıb.
“Bir-iki həftədən sonra bu barədə sizə məlumat verəcəyəm. Mən hələ heç nə bilmirəm”, - Tramp vurğulayıb.
Bundan əvvəl Tramp Putini müdrik və hiyləgər adam adlandırmışdı. Əvvəllər Amerika prezidenti bəyan etmişdi ki, Rusiya lideri ilə rəftar etmək Ukrayna prezidenti Vladimir Zelenskidən daha asandır.
Conflict.az