
ABŞ Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakından narahatdır.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinqdə bildirib.
Onun sözlərinə görə, şimali koreyalı hərbçilərin döyüş əməliyyatlarında iştirakı böhranın sülh yolu ilə həllinə “kömək etmir”. O qeyd edib ki, Şimali Koreya da daxil olmaqla üçüncü ölkələr “Rusiya və Ukrayna arasında münaqişənin davam etməsinə kömək edir və bunun məsuliyyətini daşıyırlar”.
“Şimali Koreya hərbçilərinin Rusiya ərazisinə göndərilməsi, eləcə də Rusiyanın cavab tədbiri olaraq Şimali Koreyaya göstərdiyi hər hansı dəstək dayandırılmalıdır”, – Brüs deyib.
Conflict.az