Sizin reklam burada
Sizin reklam burada

"Ermənistanda reallığı əks etdirməyən ifadələr səsləndirilir"

"Ermənistanda reallığı əks etdirməyən ifadələr səsləndirilir"
Bizim Rusiya ilə münasibətlərimizi gərginləşdirmək və ya pozmaq niyyətimiz yoxdur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tallində estoniyalı jurnalistin sualını cavablandırarkən deyib.
O bildirib ki, Ermənistan Rusiyanın təsir zonasını tamamilə tərk etməyə hazırdır.
“Ermənistanla Rusiyanın münasibətləri hər zaman qarşılıqlı maraqlar üzərində qurulub, hər zaman da belə olacaq. Dəqiq ifadə etsəm, bəzən Ermənistanda reallığı əks etdirməyən ifadələr səsləndirilir. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək, əlaqələri kəsmək və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlərə sahib olmaq istəyirik”, – Paşinyan qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş