Sizin reklam burada
Sizin reklam burada

"Heç bir dövlət, dünya proseslərini təkbaşına idarə edə bilməyəcək”

 "Heç bir dövlət, dünya proseslərini təkbaşına idarə edə bilməyəcək”
“Türkiyənin yerləşdiyi bölgə qlobal güc mərkəzlərindən birinə çevriləcək. Bu regionun sərhədləri Cənubi Qafqaz, Balkanlar, Mərkəzi Asiya və Yaxın Şərqi əhatə edəcək”.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Özbəkistanda jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, yeni dünya düzənində Türkiyə “ulduzu xüsusilə parlaq olacaq” 4-5 dövlət arasında yer alacaq.
“Əminəm ki, heç bir dövlət, bölgə və ya qitə dünya proseslərini daha təkbaşına idarə edə bilməyəcək”, - deyə TBMM spikeri qeyd edib.
O vurğulayıb ki, yeni dünya nizamının əsasında ədalət prinsipi olmalıdır: "Tarix güclü deyil, haqlı olan dövlətlər tərəfindən yazılmalıdır. Ərazisindən və gücündən asılı olmayaraq bütün ölkələr bərabərhüquqlu olmalıdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş