Sizin reklam burada
Sizin reklam burada

"Klinton seçilsəydi Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız"

"Klinton seçilsəydi Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız"
ABŞ Prezidenti Donald Tramp KXDR ilə dialoqu bərpa etmək istədiyini bildirib.
Bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
“Əgər mən seçilməsəydim, Hillari Klinton prezident seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız”, – Tramp deyib.
Tramp əlavə edib ki, o və Koreya lideri artıq Sinqapur və Vyetnamda görüşüblər:
“Biz yaxşı şəxsi münasibətlər qurduq. Pxenyanla dialoqu davam etdirmək istəyirəm”.
Qeyd edək ki, Tramp İranın dini lideri Xameneiyə də nüvə danışıqlarına dəvət məktubu göndərib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş