Sizin reklam burada
Sizin reklam burada

"2024-cü ildə Türkiyə 49 min 902 əməliyyat keçirib"

"2024-cü ildə Türkiyə 49 min 902 əməliyyat keçirib"
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorçulara xəbərdarlıq edib.
Türkiyə mediası xəbər verir ki, o, bu barədə ölkənin Şırnak vilayətində çıxışı zamanı deyib.
“Ölkəmizə qarşı terror təhdidi tamamilə aradan qalxana, sonuncu terrorçu öldürülənə qədər mübarizəmiz davam edəcək”, - nazir vurğulayıb.
O, Türkiyənin terrorla mübarizədə ciddi yol qət etdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, 2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.
Yerlikaya xatırladıb ki, Türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.
“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə nazir qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş