
ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID 2024-cü ildə Gürcüstanda seçkilərə, “qanunun aliliyinə” və vətəndaş cəmiyyətinə dəstək üçün 111,5 milyon dollar ayırıb.
Bu barədə Amerikanın “ForeignAssistance.gov” saytının təhlilində bildirilir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bundan əvvəl məlumat vermişdi ki, “Kanvas” təşkilatından üç Serbiya vətəndaşı 2024-cü il sentyabrın sonunda gənclərə və nüfuzlu QHT üzvlərinə hökuməti devirmək taktikalarını öyrətmək üçün ölkəyə gəlib. İstintaqın məlumatına görə, onların kursları və konfransları USAID-in Gürcüstandakı ofisi tərəfindən maliyyələşdirilib. Bundan sonra Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili USAID-i ölkədəki siyasi proseslərə müdaxilə etməkdə ittiham edib.
Məlumatlara görə, 2024-cü ildə “qanunun aliliyinin gücləndirilməsi” proqramlarına 8,58 milyon dollar, “seçki və siyasi proseslərə dəstək” üçün isə daha 6,33 milyon dollar ayrılıb. 2023-cü ildə prioritet sahələrə “qanunun aliliyi” (8,99 milyon dollar) və “vətəndaş cəmiyyəti” (3,8 milyon dollar) daxil idi, lakin o vaxt “seçkilərə dəstək” xərcləri proqramın ilk onluğuna belə daxil deyildi. 2022-ci ildə USAID "qanunun aliliyi" üçün 3,14 milyon dollar ayırıb.
Son günlər ABŞ-da USAID-in ləğvi prosesi davam edir.
Conflict.az