Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hakim qarşısına çıxdı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hakim qarşısına çıxdı
İsrailin İrana qarşı cavab planlarını sızdırmaqda ittiham olunan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin işçisi Virciniya ştatında federal məhkəmədə hakim qarşısına çıxıb.
34 yaşlı Asıf Rəhman adlı şəxs milli müdafiə məlumatlarını sızdırdığını etiraf edib.
Rəhmanın etirafına görə, o, İsrailin cavab hücumu planlarına dair iki məxfi sənədi, onlara baxma hüququ olmayan bir neçə nəfərə göndərib.
İşə nəzarət edən hakim Patrisiya Tolliver Giles hökmü mayın 15-nə təyin edib.
Rəhmanı casusluq ittihamı ilə 20 ilə qədər həbs gözləyir, lakin onun prokurorlarla əməkdaşlığı cəzanın azaldılmasına səbəb ola bilər.
Qeyd edək ki, 2016-cı ildən MKİ-də çalışan ABŞ vətəndaşı Rəhman ötən il noyabrın 13-də Kambocada saxlanılaraq Virciniyaya aparılıb.
Rəhmanın məxfi məlumat sızdırması bilgiləri “Telegram” tətbiqində bir kanalda paylaşılmasından sonra ortaya çıxıb və bu məlumat İsrailin 1 oktyabr 2024-cü ildə İranın raket hücumlarına cavab vermək üçün hərbi hazırlıq gördüyünü ortaya çıxarıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ