“Budur, Ermənistan İŞİD-ə qalib gəlmək üçün qlobal koalisiyaya qoşulur”.
Bunu siyasi şərhçi Derenik Malxasyan bildirib.
O qeyd edib ki, İrəvan növbəti hərbi avantüraya gedir:
“ABŞ dövlət katibi Entoni Blinken və Nikol Paşinyan Ermənistanı, eləcə də erməni xalqını böyük bir avantüraya cəlb edib. Ya Nikol Ermənistanı kiçik bir siyasi alətə çevirərək məhvə sürükləyəcək, ya da erməni xalqı belə bir liderə daha dözməyəcək”.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Saziş çərçivəsində Ermənistanın İŞİD-ə qarşı qlobal koalisiyaya qoşulacağı qeyd olunub.
Conflict.az