Sizin reklam burada
Sizin reklam burada

"Bu cür bəyanatlar ölkəmizin daxili işlərinə qəbuledilməz müdaxilədir"

"Bu cür bəyanatlar ölkəmizin daxili işlərinə qəbuledilməz müdaxilədir"
Moldova Xarici İşlər Nazirliyi Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevin bu ölkənin yox olacağı ilə bağlı bəyanatını kəskin qınayıb.
Bu barədə Moldova XİN-in müvafiq bəyanatında deyilir.
"Bu cür bəyanatlar ölkəmizin daxili işlərinə qəbuledilməz müdaxilədir və regionda sabitliyi pozmağa yönəlib. Moldova Respublikası vətəndaşlarının iradəsinə uyğun olaraq demokratiya və Avropaya inteqrasiya yolu ilə ardıcıl gedən suveren dövlətdir", - deyə bildirilib.
Qeyd edək ki, Patruşev sözlərinə görə, Moldovanın Rusiya Federasiyasına qarşı yönəlmiş siyasəti respublikanın mövcudluğunu dayandırması ilə nəticələnə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş