Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı son bəyanatları çaşqınlıq yaradıb.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, məsələ ilə bağlı bir sıra Avropa liderləri ilə fikir mübadiləsi aparıb:
“Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn təməl prinsiplərindən biridir”.
Qeyd edək ki, Donald Tramp Panama kanalı və Qrenlandiyanın ABŞ-ın nəzarətinə qaytarılmalı olduğunu bildirib.
Conflict.az