Almaniya Gürcüstanın Avropa Birliyi yolundan imtina etməsi və etirazların zorakılıqla yatırılması səbəbindən bu ölkədə 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.
Bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Təəssüf ki, Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırdı.
Biz Batumidə yaşıl hidrogenin, enerji şəbəkəsinin və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək artmaqdadır”, - diplomat bildirib.
Conflict.az