“Ukrayna müvəqqəti işğal altında olan ərazilərini Rusiya torpaqları kimi tanımayacaq”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, bu, hüquqi baxımdan mümkün deyil.
“Əgər çoxlu qüvvəmiz, texnikamız olsaydı, Rusiyaya daha çox təzyiq göstərə bilərdik. Əgər qüvvələrimiz çatmasa, o zaman bəzi məsələləri diplomatik yolla həll etmək olar. Əvvəllər bu ərazilərdə çoxlu insan yaşayırdı. Onlar evlərini, həyatlarını itirdilər, əsir düşdülər, on minlərlə uşaq sürgün edildi. Ruslar çox şeyi məhv etdilər. Bunları necə bağışlayaq və torpağımızı güzəşdə gedək?Əgər torpaqlarımızı ruslara versək, deməli onları bağışlamış olacağıq. Bu, o deməkdir ki, dünya bununla razılaşıb və sakitləşib. Ona görə də, hüquqi baxımdan bu, mümkün deyil. Ancaq diplomatik olaraq məqsədlərimizə çatmalıyıq. Məqsəd isə sabit və təhlükəsiz dünya yaratmaqdır. və Ukrayna üçün buna daha tez nail olmalıyıq”, – deyə Zelenski vurğulayıb.
Conflict.az