Sizin reklam burada
Sizin reklam burada

"Hərbi dəniz bazasının itirilməsi Rusiya üçün təhlükə yaradır"

"Hərbi dəniz bazasının itirilməsi Rusiya üçün təhlükə yaradır"
Suriyanın Tartusdakı hərbi dəniz bazasının itirilməsi Rusiyanın Aralıq dənizindən tamamilə çıxması üçün təhlükə yaradır.
Bunu Belçika Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Frederik Van Lokeren bildirib.
O qeyd edir ki, Tartus bazası ruslar üçün demək olar ki, ideal idi: bura Süveyş kanalı və Türkiyə boğazlarına yaxın, lakin Aralıq dənizinin qərbində cəmləşmiş NATO-nun əsas hərbi dəniz bazalarından müəyyən məsafədə yerləşir.
"Rusiya dəniz donanması əməliyyat qrupunun nisbətən kiçik olmasına və məhdud döyüş imkanlarına baxmayaraq, Tartusun yeri və döyüş gəmilərində daşınan silahlar Rusiyaya Aralıq dənizində kiçik də olsa, təhlükə yaratmağa imkan verirdi", - Lokeren vurğulayıb.

Onun fikrincə, Rusiyanın indi seçimi var: ya Aralıq dənizini tərk edəcək, ya da öz donanmasının dünyanın bu hissəsində daimi bazası üçün tez bir zamanda alternativ hərbi dəniz bazası axtaracaq:

"Nəzəri olaraq, Rusiya donanması Misir, Əlcəzair, Sudan və ya Liviya kimi regionun digər dost ölkələrində də yerləşə bilər. Bununla belə, bu variantların hər birinin Tartus ilə müqayisədə darboğazları var".

Qeyd edək ki, Suriya hakimiyyətini ələ alan "Heyət Təhrir əş-Şam" Rusiya bazalarının təhlükəsizliyinə təminat verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ