“Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir. Bunun üçün bir neçə səbəb var. Qarabağda məğlubiyyət və Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr bu narahatlığı dərinləşdirir”.
Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
O bildirib ki, Türkiyənin Yaxın Şərqdə güclənməsi əlavə risk kimi qəbul edilir:
“Xüsusilə Rusiya ilə münasibətlərin soyuması fonunda Qərbin Ankaranın qarşısında dayana bilməməsi, eyni zamanda Moskva və Bakı arasında yaxınlaşma İrəvan üçün vəziyyəti bir qədər də çətinləşdirir.
Azərbaycanda isə əksinə, Türkiyənin güclənməsi müsbət hal kimi qəbul edilir. Üstəlik, rəsmi orqanlar təmkinli davranırlar. Onlar Ankara ilə strateji müttəfiqlik və İsraillə inkişaf etmiş tərəfdaşlıq arasında balans yaradırlar. Azərbaycan dünyanın istənilən yerində strateji müttəfiqini gücləndirməyi özü üçün mənfəət hesab edir.
İlk baxışda Gürcüstan Suriyadan daha çox məsafədə yerləşir. Amma yaxından araşdırdıqda Pankisidən olan insanların Suriyadakı müharibədə fəal iştirakını xatırlaya bilərik. Sadəcə olaraq Tarxan Batiraşvili və ya Müslüm Marqoşvilinin ekstremist hərəkatının banisi) fəaliyyətinə baxmaq kifayətdir. Zaman-zaman ölkə Suriya təcrübəsi olan radikal cihadçıların hücumlarına məruz qalıb. Beləliklə, Suriyada baş verən inqilabi dəyişikliklər Qafqazda diqqətlə öyrənilir”, – deyə Markedonov vurğulayıb.
Conflict.az