Sizin reklam burada
Sizin reklam burada

Parlamentdə hökumətə etimad səsverməsi keçiriləcək

Parlamentdə hökumətə etimad səsverməsi keçiriləcək
Almaniya kansleri Olaf Şolts koalision hökumətdəki ortaqlarından olan maliyyə naziri, Azad Demokratik Partiyanın (FDP) sədri Xristian Lindleri işdən çıxardığını elan edib.
Bu barədə mətbuat konfransında məlumat verən Kansler yanvarın 15-də federal parlamentdə hökumətə etimad səsverməsinin keçiriləcəyini bildirib.
Etimad səsverməsinin nəticələrinə əsasən, gələn il sentyabrında keçirilməli olan parlament seçkiləri daha əvvəl baş tuta bilər.
Kansler parlamentin gündəliyində yer alan bütün məsələləri Yeni il bayramına qədər səsverməyə çıxaracaqlarını, pensiyaların artırılması, sənaye sahəsində təcili addımların atılması və digər mövzuların bu çərçivədə müzakirə olunacağını deyib.
Qeyd edək ki, Xristian Lindnerin kansler Olaf Şoltsa və Yaşıllar Partiyasını təmsil edən vitse-kansler Robert Habekə göndərdiyi, iqtisadi sahədə ciddi dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik hesabatın mətbuatda yayılması koalision hökumətdə ciddi böhrana səbəb olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ