Sizin reklam burada
Sizin reklam burada

"Tramp Rusiya ilə Ukrayna arasında münaqişəni dayandıra bilməyəcək”

"Tramp Rusiya ilə Ukrayna arasında münaqişəni dayandıra bilməyəcək”
“Respublikaçı Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, sistemli qaydalara əməl etməyə məcbur olacaq və Rusiya ilə Ukrayna arasında münaqişəni dayandıra bilməyəcək”.
Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.
“O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Buna cəhd etsə, yeni JFK - Con Fitzgerald Kennedi ola bilər”, – o qeyd edib.
Medvedevin sözlərinə görə, ABŞ seçkilərinin nəticələri Rusiya üçün heç nəyi dəyişməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ