"Abxaziya və Cənubi Osetiyanın ilhaqını nəzərə alaraq Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır".
Bu barədə Gürcüstanın İctimai Televiziyasına müsahibəsində ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
“Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə realdır”, - deyə Gürcüstan hökumətinin başçısı bildirib.
Bundan əvvəl Kobaxidze qeyd edib ki, Gürcüstan müxalifətinin respublikada “inqilabi proseslər” yaratmaq gücü yoxdur.
Sentyabrın sonunda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, düşmən xarici qüvvələr və müxalifət “Gürcüstanı dünya xəritəsindən silmək” istəyir.
Siyasətçi vurğulayıb ki, “yerli agentlərin” əli ilə Gürcüstana “düşmən” olan qüvvələr respublikanı dağıtmağı planlaşdırırlar və 2008-ci il münaqişəsi “xırda-xırda görünəcək”.
Conflict.az