Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini noyabrın sonu və ya dekabrın əvvəlində səsverməyə çıxarmağı planlaşdırır.
Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, hər şey yeni parlamentin ilk iclasının tarixindən asılıdır:
“Biz parlamentdə 100-dən çox yer əldə etdikdən sonra dekabrın əvvəlində və ya noyabrın sonunda, ilk iclasın nə vaxt təyin edilməsindən asılı olaraq, onun impiçmenti baş tutacaq”.
Conflict.az