Sizin reklam burada
Sizin reklam burada

“Ordumuz bir neçə istiqamətdə irəliləyir"

“Ordumuz bir neçə istiqamətdə irəliləyir"
Rus qoşunları Toretsk şəhərinin mərkəzinə və çoxmərtəbəli binalarına nəzarəti ələ keçiriblər.
Bu barədə tanınmamış Donetsk Xalq Respublikası rəhbərinin müşaviri İqor Kimakovski məlumat verib.
“Ordumuz eyni anda bir neçə istiqamətdə irəliləyirlər. Birinci istiqamət dəmir yolu boyunca Severnaya mədənindəndir, bu şəhərin şimal əhatə dairəsi üçündür. Eləcə də eyni mədəndən bizim uşaqlar şəhərin mərkəzinə doğru, demək olar ki, bütün çoxmərtəbəli binaları ələ keçirib” - Kimakovski bildirib.
Toretsk uzun illərdir ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiə sistemləri qurduğu böyük istehkam qəsəbəsidir. Bu şəhər həm də böyük dəmir yolu qovşağı və sənaye mərkəzidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş