
Ukrayna Silahlı Qüvvələri cəbhədə ağır vəziyyətdədir.
Bu barədə Polşanın “Do Rzeczy” portalı məlumat yayıb.
Məlumata görə, bir neçə aylıq döyüşlərdən sonra Ukraynanın cəbhədə vəziyyəti heç də yaxşı deyil:
"“Uqledar işğal edildi. Ukraynalılar onu alınmaz qala hesab edirdilər. Digər cəbhə bölgələrindən gələn xəbərlərlə yanaşı, bu, Kiyevdə vəziyyətin sürətlə pisləşdiyini göstərir" - məlumatda deyilir.
Hazırkı vəziyyətə görə məsuliyyət Ukrayna prezidenti Vladimir Zelenski və Qərb siyasətçilərinin üzərinə düşdüyü qeyd edilib.
Conflict.az