Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna lideri ölkədən qaça bilsə, şanslı olacaq"

"Ukrayna lideri ölkədən qaça bilsə, şanslı olacaq"
"Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki uğursuzluqlara görə aradan götürülə bilər".
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson "Judging Freedom" "YouTube" kanalına müsahibəsində deyib.
“Mən Zelenskinin fiziki olaraq bundan sağ çıxmaq şansının olduğunu görmürəm, çünki hərbi vəziyyət pisləşdikcə siyasi mübarizə daha da ifrat olacaq”, - o deyib.
Conson təklif edib ki, Ukrayna lideri ölkədən qaça bilsə, şanslı olacaq.
Xatırladaq ki, oktyabrın 6-da britaniyalı analitik Alexander Mercouris bildirib ki, Zelenski məğlubiyyətdən sonra Qərbə qaça bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ