Sizin reklam burada
Sizin reklam burada

“Bu tezis müasir Qərbin əxlaqi uğursuzluğunu nümayiş etdirir"

“Bu tezis müasir Qərbin əxlaqi uğursuzluğunu nümayiş etdirir"
“Putin Qərb liderlərindən fərqli olaraq sülh istəyir”.
Bunu Fransanın Beşinci Respublikasının qurucusu, general Şarl de Qollun nəvəsi Pyer de Qoll deyib.
O, Qərb liderləri ilə müqayisədə puldan asılı olmayan və həqiqətən də sülh istəyən Putinin müdrikliyinə inandığını bildirib.
“Qərb liderlərindən fərqli olaraq, sizin prezidentiniz öz xalqını və rus sivilizasiyasını qorumağa sadiq azad insandır”, – Qoll əlavə edib.
O, həmçinin Fyodor Dostoyevskinin “Əgər Allah yoxdursa, deməli hər şeyə icazə verilməlidir?” ifadəsindən sitat gətirib. “Bu tezis müasir Qərbin əxlaqi uğursuzluğunu nümayiş etdirir. Bizim vəzifəmiz Tanrı vasitəsilə həyatımızın mənasını və dəyərini tapmaqdır”, – deyə Şarl de Qollun nəvəsi vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ