Sizin reklam burada
Sizin reklam burada

“Hökumət institutlarının aktiv işləməsi çox vacibdir"

“Hökumət institutlarının aktiv işləməsi çox vacibdir"
Ukrayna prezidenti Volodimir Zelenski yeni təyin olunmuş nazirlərdən qışa qədər nəticə göstərmələrini tələb edib.
Zelenski Qərb tərəfdaşlarından Ukraynaya silah tədarükünün artırılması da daxil olmaqla, nazirlər qarşısında konkret vəzifələr qoyub.
“Hökumət institutlarının indi mümkün qədər aktiv işləməsi çox vacibdir. Hətta bütün səviyyələrdə əvvəlkindən daha fəal çalışmalıdırlar”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Zelenski Ukraynanın işdən çıxarılan hökumət rəsmilərindən narazı olduğunu dilə gətirmişdi.
Kadr dəyişikliklərini şərh edən yerli media yazır ki, Ukrayna prezident aparatının rəhbəri Andrey Ermak Nazirlər Kabinetindəki təyinatlardan əsas faydalanan şəxsə çevrilərək öz təsirini gücləndirib. Britaniyanın “The Times” qəzeti isə Zelenskinin ətrafının daha çox səlahiyyəti əlində cəmləyən Ermakın təsirindən narahat olduğunu bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş