Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna şəhərlərinə etdiklərini Kurska da edəcəklər”

"Ukrayna şəhərlərinə etdiklərini Kurska da edəcəklər”
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin bir hissəsini tədricən yer üzündən siləcək.
Bu sözləri ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.
“Bəli, onlar idarə olunan aviabombalarından istifadə edərək tədricən Sucaya zərbələr endirəcəklər, yəni onlar Ukrayna şəhərlərinə etdiklərini Kurska da edəcəklər”, - deyə o bildirib.
Eyni zamanda Kovalenko hesab edir ki, Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin Qluşkovski rayonuna nəzarəti ələ keçirmək perspektivi var.

Conflict.az

  • Sosial şəbəkədə paylaş