Sizin reklam burada
Sizin reklam burada

"Bakı səbirli olmağın əhəmiyyətini anlayır"

"Bakı səbirli olmağın əhəmiyyətini anlayır"
“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinə görə Ermənistandakı bəzi dairələr hay-küy salacaq, Bakı və Moskva arasında anti-erməni sövdələşməsinin olduğunu deyəcəklər”.
Bunu erməni politoloq Suren Surenyants deyib.
O, İrəvanın emosialara qapılmadan proseslərə ayıq baxmalı olduğunu bildirib:
“Rusiya ilə Qərb arasında qlobal münaqişə şəraitində Minsk Qrupu formatı artıq mövcud deyil. Bir tərəfdən Rusiya ilə ABŞ münasibətləri, digər tərəfdən Fransanın cəhdləri bütün regionlarda, o cümlədən Cənubi Qafqazda sıfır nəticə verir. Üstəlik geosiyasi mərkərlərin regionda təhlükəsizliklə bağlı tamamilə fərqli təsəvvürləri var.
Təəssüflə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Ermənistan beynəlxalq münasibətlərdə obyektə çevrilərək subyektivliyini itirdi. Etiraf etmək nə qədər çətin olsa da, bütün geosiyasi mərkəzlər indi ilk növbədə Azərbaycanla razılığa gəlməyə üstünlük verirlər. Baş nazir Nikol Paşinyan sırf “xilaskar” axtardığı üçün Rusiyanın orbitindən çıxmağa davam etdiyi halda, Azərbaycan subyektivliyini artırır”.
“İrəvan və Bakı arasında danışıqlar artıq ikitərəfli formata keçib. Azərbaycan da bunun belə olmasını istəyir. Yəqin V.Putin də bu reallığın fərqindədir. Amma o, Bakıda danışıqlar apararaq Qərbin regiona təsirini azalmağa çalışır. Bakı regional məsələlərin diplomatik səviyyədə həlli üçün Rusiya ilə münsibətlərdə səbirli olmağın əhəmiyyətini anlayır. Bizim hakimiyyət isə sadəcə Putinin səfərini tənqid edəcək. Ermənistan Qərbi özünə cəlb etmək üçün “Roma statusunu”nu təsdiqlədi. Rusiya prezidentini səfər zamanı həbslə hədlədi. İndi nə oldu? Onlar bizimlə bağlı məsələni iştirakımız olmadan Bakıda müzakirə edirlər”, – Surenyants bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş