Sizin reklam burada
Sizin reklam burada

"Rusiyaya 50 minə qədər əsgər lazımdır"

"Rusiyaya 50 minə qədər əsgər lazımdır"
Kursk bölgəsində Ukrayna ordusunu dayandırmaq üçün Rusiyaya 30 mindən 50 minə qədər əsgər lazımdır, əks-hücum üçün isə əhəmiyyətli dərəcədə daha çox resurs tələb olunacaq.
Bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib.
Kovalenko xatırladıb ki, Xarkov vilayətində keçirdiyi üç aylıq hücumda Rusiya cəmi 184 kvadrat kilometr ərazini ələ keçirə bilib, eyni zamanda bu istiqamətdə qoşun qruplaşmasını 35 min nəfərdən 55 min nəfərə çatdırıb:
"Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətində hücumunu dayandırmaq, sonra isə hazırda 1100 kvadrat kilometrdən çox olan ərazini geri qaytarmaq üçün rus qoşunlarına nə qədər resurs lazımdır? Bütün deyilənlərə əsaslanaraq, məndə belə bir hiss var ki, bu il Sucada Yeni il Ukrayna vaxtı ilə və Ukrayna Prezidentinin təbriki ilə qeyd olunacaq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş