Sizin reklam burada
Sizin reklam burada

"İctimaiyyəti qıcıqlandırırlar"

"İctimaiyyəti qıcıqlandırırlar"
“ABŞ-ın keçmiş prezidenti Donald Trampa və mənə qarşı sui-qəsd oxşar ssenari ilə hazırlanıb”.
Bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
Baş nazir qeyd edib ki, Donald Trampın siyasi opponentləri onu susdurmağa çalışır:
“Uğursuzluğa düçar olanda hansısa zavallı adam silaha əl atana qədər ictimaiyyəti qıcıqlandırırlar. İndi də biz barışıq, sakitləşmə və bağışlanma zərurəti haqqında çıxışların şahidi olacağıq”.
Xatırladaq ki, Fitsoya qarşı silahlı hücum mayın 15-də, Trampa qarşı sui-qəsd cəhdi isə iyulun 13-də baş verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş