
Fransa Prezidenti Emmanuel Makron parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqladıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı “demokratik birliyə” çağırıb.
Bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.
“Birinci turda yüksək fəallıq bu səsvermənin bütün soydaşlarımız üçün əhəmiyyətindən və siyasi vəziyyətə aydınlıq gətirmək istəyindən xəbər verir. Milli Birlik qarşısında ikinci turda geniş, açıq-aydın demokratik və respublikaçı birliyin sözünü deməsinin vaxtı çatıb”.
Qeyd edək ki, bu gün Milli Assambleyaya keçirilən növbədənkənar seçkilərin birinci turunda “Respublika naminə birlikdə” prezident koalisiyası, ilkin məlumata görə, 3-cü yer tutub. Milli Birlik və Yeni Xalq Cəbhəsi isə 1-ci və ikinci yerlərdə qərarlaşıblar.
Conflict.az