Sizin reklam burada
Sizin reklam burada

"Qərarların ölkənin maraqlarına uyğun olmadığını gördük”

"Qərarların ölkənin maraqlarına uyğun olmadığını gördük”
Keçmiş Baş Qərargah rəisi fövqəladə vəziyyət hökumətindən istefa verib.
İsrailin “Yedioth Ahronoth” qəzeti xəbər verir ki, hpkumət kabinetinin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotnun Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi fövqəladə vəziyyət hökumətindən istefa verdiyi açıqlanıb.
Eisenkot açıqlamasında kabinetin müharibənin məqsədlərinə çatmaq üçün lazımı qərarlar qəbul etmədiyini deyib: “Son zamanlar verilən qərarların ölkənin maraqlarına uyğun olmadığını gördük”.
Qeyd edək ki, Eisenkotdan bir müddət əvvəl İsrailin Müharibə kabinetinin üzvü Bennyın Gantz da fövqəladə vəziyyət hökumətindən istefa verdiyini açıqlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş